"Sən elə bir zirvəsən" adlı tədbir keçirilib

Mayın 5- də məktəbimizin informatika müəllimi Kəmalə Allahverdiyevanın təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş "Sən elə bir zirvəsən"adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti və şagirdlər iştirak edib. Tədbirin əvvəlində ulu öndərimizin həyat yolu haqqında məlumat verilib. Sonra şagirdlər ümumilli liderimizə həsr edilmiş şeirlər və mahnılar səsləndiriblər. Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan böyük tarixi şəxsiyyətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi