Heydər Əliyev mərkəzində İsmayıl Hacıyev ilə görüş

12.04.2017- ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində Kanadada yerləşən Beynəlxalq Heydər Əliyev Mərkəzinin direktoru İsmayıl Hacıyevlə görüş keçirildi.Tədbirdə bəstəkar və dirijor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Kanadanın Fəxri Beynəlxalq artisti və Beynəlxalq Heydər Əliyev Mərkəzinin direktoru İsmayıl Hacıyev, Kanadanın Beynəlxalq Heydər Əliyev Mərkəzinin icraçı direktoru Eldar Malik- Abbas, rəssam, heykəltaraş Günay Mehdizadə, Amerikada yaşayan həmyerlimiz-- yazar, musiqişunas Sevinc Soltanzadə, ADMİU-nun tələbələri və məktəbimizin şagird və müəllim kollektivi, İTV-nin nümayəndələri iştirak ediblər. Qonaqlar ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin “Muzey” bölmələri ilə tanış olublar, ulu öndərin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad ediblər. Tədbiri giriş sözü ilə Mərkəzin Baş fond mühafizi Azər Zeynalzadə açaraq böyük bəstəkar, görkəmli ictimai musiqi xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Cövdət Hacıyev və onun oğlu Kanadanın Fəxri Beynəlxalq Artisti və Beynəlxalq Heydər Əliyev Mərkəzinin direktoru İsmayıl Hacıyevin milli simfonizmin təşəkkül tapıb inkişaf etməsində xüsusi rolundan danışıb. Bəstəkar və dirijor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Kanadanın Fəxri Beynəlxalq Artisti və Beynəlxalq Heydər Əliyev Mərkəzinin direktoru İsmayıl Hacıyev Kanadadakı Beynəlxalq Heydər Əliyev Mərkəzində özünün çoxşaxəli fəaliyyəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurla başçılıq etdiyi Heydər Əliyev Fondu ilə əməkdaşlıq və qarşılıqlı yaradıcılıq əlaqələrində olduğunu, ulu öndərin ideyalarının, irsinin dünya miqyasında təbliğində ən qüdrətli vasitə kimi fondun azərbaycançılıq və dünya sivilizasiyası ideyalarının qlobal məsələlərinin həllinə yönəldiyini vurğulayıb. Sonda Kanadada Beynəlxalq Heydər Əliyev Mərkəzində keçirilən simpoziumların təqdimat çarxı göstərilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi