Məktəbimizdə Mülki Müdafiə günü keçirilib

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2017-ci tədris ili üçün keçiriləcək Mülki Müdafiə təlim və məşqlərinin plan cədvəlinə əsasən 06. 04. 2017- ci il tarixində məktəbimizdə Mülki Müdafiə günü keçirilib. Məktəbin hərbi rəhbəri Cəfər Mehdiyev Fövqəladə Hallar Nazirliyi, Mülki Müdafiə qoşun növləri, təbii fəlakətlər, fors-major situasiyalar barədə geniş məlumat verib. Texnogen xarakterli qəzalar, təxliyyə tədbirləri, təbii fəlakətlər zamanı davranış qaydaları haqqında danışıb. Sonra uşaqlar Mülki Müdafiə haqqında əldə etdikləri biliklər ətrafında fikir mübadiləsi apararaq onları maraqlandıran suallarla hərbi rəhbərə müraciət edib və ətraflı məlumat alıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi