Məktəbdə "Alternativ enerji mənbələri" mövzusunda"Dəyirmi masa" keçirilib

Məktəbdə fizika aylığı çərçivəsində 31.03.2017- ci il tarixində “Alternativ enerji mənbələri” mövzusunda “dəyirmi masa“ keçirilib. Məktəbin fizika müəllimi İlahə Əhmədovanın təşkilatçılığı ilə keçirilən "Dəyirmi masa"da 7-ci sinif şagirdləri iştirak edib. İlahə Əhmədova çıxış edərək müasir ekoloji problemin müəyyən bölgənin ,hətta materikin deyil, bütün bəşəriyyətin qlobal problemi olduğunu söylədi. Qeyd etdi ki, cəmiyyətlə təbiətin qarşılıqlı təsiri ətrafında bütün dünyada ciddi mübahisələr gedir, dünya ictimaiyyəti,beynəlxalq təşkilatlar, elm xadimləri ekoloji problemin mahiyyətini, onun mövcud olma səbəblərini və aradan qaldırılması yollarını axtarırlar. Gənc nəsil bu axtarışa qoşulmalı, fəal iştirakçı olmalıdır. Daha sonra şagirdlər “Alternativ enerji mənbələri” və insanların bunlardan nə məqsədlərlə istifadəsi haqqında geniş məlumat verib. Mövzu ilə əlaqədar şagirdlərin hazırladıqları əl işləri sərgisi nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi