Məktəbdə "Qan Yaddaşımız" adlı tədbir keçirilib

31.03.2017- ci il tarixində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş "Qan Yaddaşımız" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi və Cəlil Məmmədquluzadə ev-muzeyinin elmi işçiləri Yeganə Məmmədova, Fazilə Hümbətova və Dilarə Vəliyeva da iştirak edib. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə açılıb. Tədbir iştirakçıları 31 mart soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra şagirdlər Azərbaycan, rus və ingilis dilində həmin tarixi gün haqqında geniş məlumat veriblər. Tədbirin davamında 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş şeirlər söylənilib və səhnəciklər göstərilib. Həmin faciəvi qətliamı əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirin sonunda Cəlil Məmmədquluzadə ev-muzeyinin elmi işçiləri Yeganə Məmmədova, Fazilə Hümbətova və məktəbin tərbiyə işləri üzrə direktor müavini Zöhrə Yusupova çıxış edərək bildirib ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən ağrılı və unudulmaz günlərindən biridir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi