"Şanlı Zəfər tarixmiz” adlı tədbir keçirilib

2020-ci il Azərbaycan tarixinə şanlı Zəfər ili kimi daxil oldu. Vətən müharibəsi cəmi 44 gün ərzində ölkəmizin qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad etdi. Bu gün artıq “Şanlı Zəfər tariximiz"in dördüncü ilini qürurla qeyd edirik. "8 Noyabr – Zəfər Günü” ilə əlaqədar məktəbin tarix müəllimi Leyla Məmmədova “Şanlı Zəfər tarixmiz” adlı tədbir keçirib. Tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra müəllim Azərbaycanın müasir tarixində fəxarətlə, qürurla anılan Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib. O bildirib ki, bu gün hər kəs Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməlidir. Sonda Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər, zabit və qazilərin həyat və mübarizə yolunu əks etdirən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi