Məktəbdə 8 Mart-Beynəlxalq Qadınlar Günü və "Yel çərşənbəsi" münasibətilə tədbir keçirilib

07.03.2017-ci il tarixində məktəbdə informatika müəllimi Cəmilə Mehdiyevanın təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü və "Yel çərşənbəsi" münasibətilə tədbir keçirilib. Tədbirin birinci hissəsi 8 Mart bayramına, ikinci hissə isə Novruz bayramına həsr olunub. Şagirdlərin biri-birindən gözəl çıxışları tədbir iştirakçılarını heyran edib. Milli geyimli məktəblilərin rəqsləri, "Novruz" bayramının atributu olan Keçəl və Kosanın zarafatları hamının xüsusi marağına səbəb olub. Sonda çıxış edən məktəbin direktoru Rəna Ağazadə şagirdləri və müəllimləri bu əziz bayramlar münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi