Məktəbdə "Bilik günü" qeyd olunub

16.09.2024-cü il tarixində məktəbdə "Bilik günü" qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Elgün Əliyev tədbiri açaraq yeni tədris ilinin başlanması münasibətilə hər kəsi təbrik edib. Onlara sağlam, təhlükəsiz mühitdə keyfiyyətli yüksək təhsil nəticələri arzulayıb. Tədbir bədii hissə ilə davam etdirilib. Məktəbin şagirdlərinin ifasında şeirlər, mahnılar səsləndirilib. Birincilərin çıxışları tədbiri rəngarəng və yaddaqalan edib. Sonra yeni dərs ilinin ilk zəngi çalınıb. Birincilər müəllimləri ilə birlikdə məktəbə daxil olaraq öz siniflərində yerlərini tutublar. Məktəbin II-XI siniflərində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi