Məktəbdə Pedaqoji Şuranın ilk iclası keçirilib

13 sentyabr 2024-cü il tarixində məktəbdə 2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. Məktəbin direktoru Elgün Əliyev kollektivi yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Sonra Elgün Əliyev ötən tədris ilinin nəticələri barədə hesabat verərək, görüləcək işlər barədə ətraflı məlumat verib. Direktor məktəbə yeni təyin olunan müəllimləri kollektivlə tanış edib. Daha sonra yeni dərs ilində qarşıda duran vəzifələr, metodiki şura və fənn metodbirləşmələrinin təşkili, məktəbin iş rejimi, məktəb rəhbərləri arasında vəzifə bölgülərinin təsdiqi barədə məsələlər geniş müzakirə olunub. Sonda müəllimlərin sualları məktəb rəhbərliyi tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi