Kitabxanada "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş tədbir keçirilib

21.02.2017-ci il tarixində məktəb kitabxanasında "21 Fevral-Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş "Ana dilim-Doğma dilim" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, kitabxanaçılar və şagirdlər iştirak edib. Çıxış edən şagirdlər Azərbaycan dilinin dərin tarixi köklərindən, xalqın həyatı ilə bağlı olan xüsusiyyətlərindən danışıblar. Məktəblilərin ifasında şeirlər səsləndirilib, mahnı ifa edilib. Çıxış edən ana dili müəllimi Maral Quliyeva dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitə olduğunu söyləyib. Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə cıxış edərək şagirdlərə bu əlamətdar günün tarixi, tədbirin məqsədi haqqında məlumat verib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi