Məktəbdə "Xocalı harayıı" adlı ədəbi-bədii kompozisiya keçirilib

Məktəbin ana dili müəllimi Əzizəbəyim Bağırovanın təşkilatçılığı ilə 6a sinif şagirdlərinin təqdimatında "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə açılıb. Sonra tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. İlk söz ilə çıxış edən Əzizəbəyim Bağırova bu faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyərək erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb. Şagirdlər Xocalı faciəsi haqqında geniş məlumat verib, onların ifasında bu faciənin dəhşətlərini əks etdirən şeirlər səslənləndirilib. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə Xocalı faciəsinin təkcə Azərbaycana deyil, bütün dünyaya, bəşəriyyətə qarşı törədilmiş bir faciə olduğunu deyib və tarix boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri məkrli planlarından danışıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi