Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub

07.02.2017-ci il tarixində akt zalında məktəbin müəllimi Ellada Həmidovanın və 8a sinif şagirdlərinin təqdimatında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər Mübariz İbrahimov haqqında geniş məlumat veriblər. Milli Qəhrəmanın uşaqlıq, məktəb və hərbi xidmətdə olduğu illəri əks etdirən sənədli film nümayiş etdirilib. Şagirdlərin ifasında şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib. Tədbirin sonunda çıxış edən Ellada Həmidova bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününü qeyd etmək artıq bizim üçün ənənə halını alıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi