Məktəbdə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib

Məktəbdə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş "dəyirmi masa" təşkil olunub. Məktəbin tarix müəllimi Leyla Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak edirdi. Çıxış edən Leyla Məmmədova Azərbaycan xalqının qədim zamanlardan bu günə qədər keçdiyi keşməkeşli tarixindən danışıb. O qeyd edib ki, 20 Yanvar faciəsi Sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirilib. Həmin günün bütün dəhşətli səhnələrini əks etdirən sənədli film və slaydlar nümayiş etdirilib. Müəllim və şagirdlər arasında debat keçirilib. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə 20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsi adlandıraraq o zaman üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı böyük xidmətlərindən danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi