"20 Yanvar-Azadlığa gedən yolun zirvəsi"

18.01.2017-ci il tarixində məktəbdə 20 Yanvar şəhidlərinin və məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidi Eldar Məmmədovun xatirəsinə həsr olunmuş "20 Yanvar-Azadlığa gedən yolun zirvəsi" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadə ev-muzeyinin böyük elmi işçisi Yeganə xanım də iştirak edirdi. İlk söz ilə tədbiri açan tərbiyə işləri üzrə direktor müavini Zöhrə Yusupova çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Şagirdlərin ifasında şeirlər səsləndi, kompozisiyalar təqdim olundu. 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirildi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə bildirdi ki, 20 Yanvar Azərbaycan tarixinə həm faciə, həm də qürur günü kimi daxil olub. Həmin gecə şəhidlik zirvəsinə ucalan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, azadlıq, müstəqillik yolundan onu heç kim döndərə bilməz.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi