Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

28.12.2016-cı il tarixdə məktəbdə dahi şair Nizami Gəncəvinin 875 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edirdi. Çıxış edən şagirdlər görkəmli şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər, qəzəllərini söylədilər, əsərlərindən kiçik səhnəciklər səsləndirdilər. Məktəbin ana dili müəllimi Maral Quliyeva çıxış edərək dunya şöhrətli şairin Azərbaycan klassik ədəbiyyatında tutduğu mövqedən, Nizami irsinin öyrənilməsinin əhəmiyyətindən danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi