Multikulturalizm Azərbaycanda həyat tərzidir

19.12.2016-cı il tarixində məktəbin rus dili müəllimi Şahilə Orucovanın təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzidir" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və məktəb şagirdləri iştirak edirdi. Giriş sözü ilə çıxış edən müəllim 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edildiyini xatırladaraq vurğuladı ki, bu gün xalqımızın multikultural ənənələrinin qorunması və inkişafı sahəsində çox mühüm tədbirlər həyata keçirilir. Çıxış edən şagirdlər müxtəlif dillərdə şeirlər söylədilər, məlumatlar səsləndirdilər. Öz çıxışını ingilis dilində aparan təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Süleymanova bildirdi ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Mövzuya uyğun videofilm nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək bildirdi ki, multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi