Publisist, siyasi-ictimai xadim Ceyhun Hacıbəylinin 125 illiyinə həsr olunmuş tədbir keçirilib

30.11.2016-cı il tarixində məktəbdə ana dili müəllimi Maral Quliyevanın təşkilatçılığı ilə publisist, naşir, siyasi-ictimai xadim Ceyhun Hacıbəylinin 125 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Himninin səslənməsi ilə başlandı. İlk söz ilə çıxış edən Maral Quliyeva milli ədəbi-ictimai fikir tarixinə töhfələr vermiş Ceyhun Hacıbəylinin mədəniyyətimizin inkişafı və təbliği sahəsindəki mühüm xidmətlərindən, həyat və fəaliyyətindən söz açdı. Onun çətin və məşəqqətli mühacirətdə də vətəni bir an olsun unutmadığını qeyd etdi. Şagirdlərin ifasında mühacirət həyatı yaşamış ziyalı ədiblərin həyat və fəaliyyətindən məlumatlar verildi, ayriliq, həsrət mövzulu bayatılar oxunuldu. Mövzuya aid video-çarxlar nümayiş etdirildi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə qeyd etdi ki, mühacir ziyalılarımız daim anılmalıdır. Ceyhun Hacıbəyli və digər mühacirət ziyalılarımızın əsas hədəfləri Azərbaycanı yenidən istiqlala qovuşdurmaq olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi