"Narkomaniyaya və zərərli vərdişlərə "YOX" deyək" şüarı altında tədbir keçirilib

24.11.2016-cı il tarixində məktəbdə biologiya müəllimi Sədaqət Süleymanovanın təşkilatçılığı ilə "Narkomaniyaya və zərərli vərdişlərə "YOX" deyək!" şüarı altında tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, yuxarı sinif şagirdləri və müəllimlər iştirak edirdi. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Çıxış edən Sədaqət Süleymanova "ag ölüm" adlanan narkomaniyanın insan cəmiyyətinə gətirdiyi fəlakət, vurduğu iqtisadi-mənəvi sarsıntılar və bu dəhşətli bəlaya qarşı ictimai mübarizənin təşkili barədə danışdı. Ayrı-ayrı siniflərin mövzuya aid hazırladıqları plakat, rəsm işləri nümayiş etdirildi. Tədbir iştirakçılarına narkotik vasitələr, onların insan orqanizmində yaratdığı ölümcül xəstəliklər haqqında videoçarx nümayiş etdirildi.Sonda çıxış edən məktəbin direktoru Rəna Ağazadə gənc nəslin maarifləndirilməsi işində belə tədbirlərin keçirilməsinin vacibliyinin təqdirəlayiq hal olduğunu vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi