"Əhməd Cavad-130" mövzusunda "Nümunəvi dərs"

2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur. Bununla əlaqədar olaraq məktəbdə ana dili müəllimi Amid  Məmmədov  "Azərbaycanın istiqlal şairi Əhməd Cavad" mövzusunda Nümunəvi dərs keçirmişdir. Dərs zamanı romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi olan, dövrünün "Cümhuriyyət şairi" adlanan Əhməd Cavadın həyat və yaradıcılığı haqqında söhbət aparılıb. Şairin məşhur şeirlərinə yazılmış mahnılar səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi