"Kiçik akademiya" işinin gücləndirilməsi

Oktyabrın 20-də məktəbdə "Kiçik akademiya" işinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması məqsədilə tədbir keçirilib. Tədbiri məktəbin tarix müəllimi, "Kiçik akademiya"nın rəhbəri Leyla Məmmədova açaraq cari tədris ilində akademiyanın gördüyü işlərdən danışıb. Təşkilatın məqsəd və vəzifələrindən danışan Leyla Məmmədova  elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdlərin gələcək həyatında “Kiçik Akademiya”ların rolu və əhəmiyyətindən söz açıb. Görülən işlərlə bağlı slayd nümayiş etdirilib. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdlərin gələcək həyatında “Kiçik Akademiya”ların rolu və əhəmiyyətindən söz açıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi