Məktəbdə görkəmli şair Vahid Əzizlə görüş keçirilib

Məktəbdə görkəmli şair Vahid Əzizlə görüş keçirildi. Görüş Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. İlk çıxışı məktəbin direktoru Rəna Ağazadə edərək şairi salamladı. Məktəb şagirdlərinin ifasında Vahid Əzizin şeirləri söylənildi, sözlərinə yazılmış mahnılar ifa edildi. Məktəbin "İstedad" rəqs qrupu çıxış etdi. Şagirdlər onları maraqlandıran sualları şairə ünvanladılar. Hər bir şagirdin sualına şairin səmimi cavabı tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu. Sonda məktəbin direktoru Rəna Ağazadə qonağa məktəb adından onun böyüdülmüş fotoşəklini hədiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi