Soyqırım qurbanları yad edildi

31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Anım tədbirində məktəbin şagirdləri soyqırımını əks etdirən səhnələr göstərmiş, milli-vətənpərvərlik ruhunda şeir nümunələri səsləndirmişlər. Məktəbin direktoru və tarix müəllimləri çıxış edərək şagirdlərə 31 mart hadisələrinin mahiyyəti barədə ətraflı məlumat vermişlər. Tədbir zamanı ötən əsrin əvvəllərində baş vermiş qanlı hadisələrin xronikasını əks etdirən video-çarxlar nümayiş olunmuşdur. Məktəbin foyesində yuxarı sinif şagirdlərinin soyqırım mövzusunda işləyib-hazırladıqları müxtəlif rəsm əsərlərinin və plakatların sərgisinə baxış keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi