21 saylı məktəbdə III sinif şagirdləri arasında bilik yarışması keçirilmişdir

13 may 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında məktəb VMA-sının maliyyə dəstəyi ilə ilk dəfə məktəbin III sinif şagirdləri arasında siniflərarası bilik yarışması keçirilmişdir. Dövlət himninin oxunması ilə başlanan tədbirdə məktəbin direktoru Ceyhun Bayramlı çıxış edərək şagirdləri yarışın şərtləri ilə tanış etmiş, onlara uğurlar diləmişdir. Daha sonra video-slayd vasitəsilə Ana dili, Riyaziyyat və Həyat Bilgisi fənlərindən suallar şagirdlərə təqdim olunmuşdur. Tədbirin sonunda məktəb rəhbərliyi tərəfindən sual-cavab prosesində fərqlənən şagirdlər təltif olunmuş və mükafatlandırılmışdır. Yekun sözü söyləyən məktəbin direktoru Ceyhun Bayramlı bu cür viktorina tipli bilik yarışlarının məktəbin bütün siniflərini əhatə edəcəyini və müntəzəm olaraq keçiriləcəyini bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi