Narkomaniya ümumbəşəri bəladır

14 mart 2015-ci il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbdə Yasamal rayon Polis İdarəsi rəhbərliyinin iştirakı ilə "Narkomaniya əleyhinə mübarizə" mövzusunda maarifləndirici xarakterli tədbir keçirilmişdir. Tədbirdə Yasamal RPİ-nin rəisi, polis polkovniki Əkbər İsmayılov, Yasamal RPİ-nin narkomaniyaya qarşı mübarizə bölməsinin rəisi, polis mayoru Mirnemət Mirbabayev, Yasamal RPİ-nin yetkinlik yaşına çatmamış şəxslərlə iş üzrə bölməsinin rəisi, polis mayoru Mais Nuriyev, həmin bölmənin və ərazidəki 28-ci polis bölməsinin əməkdaşları iştirak etmişlər. Tədbirdə şagirdlərə narkomaniyanın gənc nəslə vurduğu ziyan, bundan uzaq durmağın yolları, narkotiklərin qanunsuz dövriyyəsi, yeniyetmələrin kənar təsirlərə aldanmaması barədə lazımi tövsiyələr verilmiş, narkomaniyaya qurşanmış şəxslərin aci taleyi barədə video-çarxlar nümayiş etdirilmişdir. Yasamal rayon Polis İdarəsinin əməkdaşları şagirdləri maraqlandıran suallara cavab vermişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi