12 noyabr - Konstitusiya gününə həsr olunmuş “Breyn-rinq” bilik yarışı
12 noyabr - Konstitusiya günü ilə əlaqədar olaraq, məktəbin tarix müəllimi Dilşad Quliyevanın iştirakı ilə IX sinif şagirləri arasında “Breyn-rinq” bilik yarışı keçirildi. Yarışın əsas məqsədi tədbir iştirakçılarının dünyagörüşünün artırılması idi. Bilik yarışına məktəb rəhbərliyi hakimlik edirdi. Yarışın nəticələrinə görə qalib IX b sinfi seçildi. Sonda qalib komanda məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.