“Narkomaniyaya yox deyək!”

Mayın 22-də Sabunçu Rayon Polis İdarəsi və 209 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin akt zalında “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Sabunçu rayon Polis İdarəsinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Fazil Zərbəliyev, həkim psixoloq Ofeliya Məmmədova, həkim narkoloq Yaşar Bədəlli, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər. Tədbiri məktəbin direktoru Səbahət Ağayeva açaraq, tədbirin məqsəd və əhəmiyyətindən danışıb, gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Tədbir şagirdlərin hazırladıqları bədii-kompazisiya ilə davam etdi. Daha sonra tədbirdə müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verildi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2025-ci illəri əhatə edən Dövlət proqramından danışıldı və ətraflı məlumat verildi. Respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışıb, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə və müəllimlərə müəyyən tövsiyyələr verdilər. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.