Pedoqoji şura

Mayın 27-də məktəbdə növbədənkənar pedaqoji şuranın iclası keçirildi. İclasda MÜTDA-nın "Son zəng” tədbiri ilə bağlı yeni təlimatları və BŞTİ-nin 3-29-59/2-2182/2025 nömrəli əmrinin icrası ilə əlaqədar tapşırıqlar pedaqoji heyətin nəzərinə çatdırıldı. Məktəbin direktoru Səbahət Ağayeva “Son zəng” tədbirinin həm əlamətdar, həm də həssas bir gün olduğunu vurğulayaraq, müəllimlərə bu məsələyə daha diqqətlə yanaşmaq və neqativ hallara yol verməmək bildirildi. Tədbirin formatı məzunların çıxışlarında oxuduğu məktəbə minnətdarlıq, dəyərlərə sadiqlik, yüksək etik davranış nümayişi şəklində olmalıdır. Hər bir məzun üçün əsas hədəf ailəsinə layiqli övlad, xalqına, dövlətinə isə ləyaqətli vətəndaş olmaq olmalıdır. Tədbirin sadə, mənalı, dəbdəbədən kənar formada keçməsi onu daha da yadda qalan edəcəyi vurğulanıb. Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, rəy və təkliflər dinlənildi.