"Dövlət Bayrağı Günü"nə həsr olunmuş tədbir

        Noyabrın 8-də I b və I c sinif şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra məktəbin direktoru Arizə xanım Mahmudova Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında iştirakçılara geniş məlumat verdi. Tədbir iştirakçıları Dövlət Bayrağımızın yaranma tarixindən, bayrağın üzərindəki rənglərin anlamlarından və 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayraq meydanında dünyanın ən böyük bayrağının paytaxtımızın səmasında dalğalanmasından danışdılar. Şagirdlərimiz “Bayraq günü” ilə əlaqədar şeirlər söyləyib, səhnəciklər təqdim edib, mahnılar ifa etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi