“Uşaq hüquqları aylığı” ilə əlaqədar mühazirə

Noyabrın 6-da məktəbin direktoru Arizə mahmudova, tarix müəllimi Mehriban Poladova və UBR Təranə Əliyevanın iştirakı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların sağlam yaşamaq hüququnun təmin edilməsi məqsədi ilə maarifləndirici mühazirə təşkil olundu. Çıxışlarda bildirdi ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlətimiz bu şəraiti təmin edən tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürmüşdür. Daha sonra şagirdlərə ilkin tibbi yardım haqqında profilaktik biliklərdən ətraflı söz açıldı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi