“Zərərli vərdişlərə yox deyək”

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması və qeyri infeksion xəstəliklərlə mübarizə məqsədilə məktəbdə direktor, tərbiyə işləri üzrə direktor müavini, UBR və müəllimlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru çıxış edərək bildirdi ki, cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Tədbirdə həmçinin şagirdlərə narkomaniya əleyhinə və “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici video roliklər nümayiş etdirildi. Biz inanırıq ki, keçirilən tədbirlər və şagirdlərimizə verdiyimiz tövsiyyələr onlar üçün çox faydalı olacaq. Arzumuz bütün uşaqları sağlam, vətənpərvər görməkdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi