Ümumdünya Aviasiya və Kosmonavtika Günü
12 aprel tarixi Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması günüdür.Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel kosmonavtika günü kimi elan olunub. Bu günün keçirilməsinə səbəb isə 49 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Bunun ilə əlaqədar olaraq, 209 nömrəli tam orta məktəbdə Kosmonavtika günü tədbiri keçirildi. Məktəbin şagirdləri tərəfindən divar qəzetləri hazırlandı.