Canlarından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi

Şagirdləri Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək vətənpərvərliyin atributlarından hesab olunur. Qarabağ uğrunda gedən döyüşlər də vətənin bütövlüyü naminə aparılıb. Qarabağ üçün canını fəda edənlər də bu vətənin övladları idi. Onlar bu qanlı döyüşlərdə iştirak etməklə, sübut etdilər ki, vətən yolunda canlarını qurban verməyə, onun uğrunda ölümə getməyə hazırdırlar. Bu təməli qoruyub saxlamaq və inkişaf etdirmək üçün şagirdlərin vətənpərvərlik, dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək üçün , şagirdlərdə vətənpərvərlik hissi yaratmaq məqsədilə 209 nömrəli məktəbin rəhbərliyi tərəfindən tənəffüslərdə video rolik göstərilir, vətənpərvər musiqilər səslənir. Həmçinin canlarından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi