18 oktyabr “Müstəqillik günü”nə həsr olunmuş "Bilik yarışı"
18 oktyabr “Müstəqillik günü” ilə əlaqədar olaraq, məktəbin 3 "A" və 3 "B" sinifləri arasında "Bilik yarışı" keçirildi. Əvvəlcə şagirdlər komandalara bölünüb və kapitanlar müəyyən edilidi. Yarış 3 mərhələdə keçirildi. Yarışda təqdim olunan suallar azərbaycan dili, riyaziyyat, məntiq, həyat bilgisi fənnlərindən ibarət idi. Yarışmanın nəticələrinə görə bilik yarışının qalibi 3 "B"sinfi oldu. Sonda hər iki sinfə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olundu.