Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan "Dəyirmi masa"

Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan "Dəyirmi masa" keçirildi. Məktəbin tarix müəllimi Mehriban Poladova tədbirin keçirilməsində məqsədin ilk növbədə dahi sənətkarın XX əsrdə gördüyü böyük işləri ictimaiyyətə çatdırmaq olduğunu vurğuladı. O, türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışdı. Şagirdlər çıxışlarında Azərbaycanın siyasi, ictimai tarixində, ədəbi sahədə böyük xidmətləri olan ədibin “Kaspi” qəzetinin baş redaktoru kimi fəaliyyətindən, həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktoruluq etməsindən, “Difai” təşkilatını qurması, “İrşad” qəzetini yaratması kimi məsələlərə aydınlıq gətirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi