“Əsgərlərə məktub”

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Qayğı və Himayə” xeyriyyə fondunun təşkilatçılığı ilə məktəbdə “Əsgərlərə məktub” mövzüsu tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsslənməsi ilə başladı. Tədbirdə qonaq qismində “Qayğı və Himayə” xeyriyyə fondunun rəhbəri Gülayə xanım, Azad Azərbaycan qəzetinin redaktoru Bilman müəllim, “Natavan” ədəbi məclisinin rəhbəri, şairə Rəna xanım Mərzəli, “Cabir Novruz” mədəniyyət fondunun aparıcı mütəxəssisi, şairə Rəsmiyyə xanım iştirak edirdi. Tədbirdə iştirak edən qonaqlar “Qayğı və Himayə” xeyriyyə fondunun təşkilatçılığı ilə işıq üzü görən “Əsgərlərə məktub” kitabı haqqında məlumat verdilər. Tədbirdə şagirdlərin hərbi qulluqçular üçün yazdıqları məktublar oxundu və hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndi. Həmçinin şagirdlər diskussiyada aktiv iştirak etdilər. Onları maraqlandıran suallarla müraciət edərək öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi