“Qoy həmişə günəş olsun”

21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar olaraq, hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir.“ Sülh aylığı” çərçivəsində məktəbin şagirdləri arasında “Qoy həmişə günəş olsun” mövzusunda asfalt üzərində Rəsm Müsabiqəsi keçirildi. II a, V b və V c sinif şagirdləri tədbirdə çıxış edərək, rəngarəng şeir və mahnılar səsləndirdilər. Şagirdlər müsabiqədə daha çox "mavi səma", "müharibəyə yox deyirik", "sülh göyərçini", "dünyaya sülh" kimi rəsmlərə üstünlük veriblər. Tədbirdə çıxış edən məktəbin direktoru Arizə Mahmudova çıxış edərək uşaqları vətəni sevməyə, vətənpərvər olmağa səslədi. Qalib gələn rəsmlərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi