“Azərbaycan musiqisi mədəni sərvətimizdir”

        Sentyabrın 18–də Milli musiqi gününə həsr olunmuş "Kiçik Akademiya"-nın üzvlərinin iştirakı ilə “Azərbaycan musiqisi mədəni sərvətimizdir” adlı dəyirmi masa keçirildi. Məktəbin direktoru Arizə Mahmudova məruzə ilə çıxış edərək görkəmli bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından və onun əsərlərindən danışdı. Şagirdlərə xadimin həyat və yaradıcılığından bəhs edən fraqmentlər nümayiş etdirildi. Üzeyir Hacibəylinin “O olmasın, bu olsun” filmindən şagirdlər tərəfindən hazırlanmış səhnəcik nümayiş etdirildi. Sonda tədbir şagirdlərin mövzu ətrafında çıxışları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi