2019/2020-ci dərs ilinin ilk dərs məşğələsi
209 nömrəli tam orta məktəbdə yeni iş həftəsi pedaqoji və şagird heyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. 2019/2020-ci dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunmuşdur.