Pedaqoji Şuranın növbəti iclası keçirildi

11 sentyabr 2019-cu il tarixində məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Arizə xanım Mahmudova açaraq, pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. Daha sonra direktor iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələlər var idi: 1.2018/2019-cu tədris ilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr. 2.2019/2020-ci tədris ili üçün məktəbin illik planının müzakirəsi və təsdiqi, pedaqoji şuranın planının müzakirəsi və təsdiqi, direktoryanı müşavirənin, direktorun illik, direktor müavinlərinin illik planının, kitabxana iş planının təsdiqi. 3.Sinif rəhbərlərinin, dərnək rəhbərlərinin, metodiki şuranın, kabinet müdirlərinin, met.dbirləşmə rəhbərlərinin təsdiqi. 4.Şagirdlərə vətənpərvərlik hissinin aşılanması istiqamətində görüləcək məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi