XI siniflərin “Son zəng” tədbiri

14 iyun tarixində məktəbin akt zalında XI siniflərin “Son zəng” tədbiri keçirildi. Aparıcılar məzunları və gələn qonaqları salamladıqdan sonra “Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbiri məktəbin direktoru Arizə Mahmudova açaraq şagirdləri təbrik edib, onlara vətənə və cəmiyyətə layiqli övlad olmalarını arzuladı. Həmçinin tədbirdə qonaq qismində Maştağa qəsəbə Bələdiyyəsinin sədri İlqar Qurbanov iştirak edirdi. Məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı. Çıxış edən müəllimlər şagirdlərə ürək sözlərini söyləyib, onlara müstəqil həyatda uğurlar arzuladılar. Möhtəşəm atəşfəşanlıqdan sonra 11-cilərin son zəngi çalındı, məktəbin simvolik bilik açarı birincilərə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi