Happy Kids İnteraktiv mərkəzinə ekskursiya

Məktəbin II b, III c sinif şagirdləri Yaqubova Ruhanə və Quliyeva Nuranənin rəhbərliyi ilə əyləncə və biliyin bir arada olduğu onlara çox maraqlı bir təcrübə olacaq Happy Kids İnteraktiv Turunda iştirak ediblər. Şagirdlərə dulusçuluq, keramika, ebru sənətinin incəlikləri haqqında məlumat verilib. Hər bir şagird ona məxsus olan rəsmi suda çəkərək, ebru sənəti haqqında maraqlı təqdimat hazırlayıb. Burada şagirdlər gil, gips, mərmər, qranit və digər materiallar üzərində yaradılan sənət işləri ilə tanış olublar, onlara bu peşə ilə məşğul olmağın yolları öyrədilib. Həmçinin, şagirdlər özləri gildən müxtəlif formalar düzəltməklə daxili istedadlarını üzə çıxarmış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi