"Milli Qurtuluş günü"nə həsr olunmuş tədbir

13 iyun tarixində məktəbin akt zalında müəllim və şagirdlərin iştirakı ilə "Milli Qurtuluş günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Arizə Mahmudova çıxış edərək, "Milli Qurtuluş günü"nün yaranması və həmin tarixi şərait barədə məlumat verdi. Ulu Öndər Heydər Əliyevin xidmətlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı və bildirdi ki, Ulu Öndərin layiqli davamçısı Respublikamızın Prezidenti cənab İlham Əliyev bütün sahələrdə uğurlu nəticələr əldə edərək respublikamızı bütün dünyaya tanıdır. Sonda məktəb şagirdlərinin ifasında Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeir səsləndirilib, mahnı oxunub, rəqslər ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi