“Əlvida, ilk müəllimim”

İyunun 10-da məktəbin IV c sinif şagirdləri tərəfindən “Əlvida, ilk müəllimim” adlı maraqlı tədbir keçirildi. Himni ifa edən şagirdlər şən musiqi sədaları altında səhnəyə toplaşdılar. Aparıcılar zəkasından zəka aldıqları, ömrünü şam kimi onların yolunda əridən, ilk dəfə titrək əllərindən tutub Ana, Vətən sözlərini yazdıran əziz müəllimləri Bikə Mirzəliyevanı qonaqlara təqdim etdilər. Dördüncülər müxtəlif şeir və mahnılar söyləyib, əyləncəli səhnəciklər, dünya xalqlarının repertuarından maraqlı rəqslər nümayiş etdirdilər. Tədbirdə məktəb rəhbərliyi, valideynlər və müəllimlər iştirak edirdilər. Məktəbin direktoru, Arizə Mahmudova tədbirin sonunda çıxış edərək, IV c sinfinin şagird kollektivinə gələcək fəaliyyətlərində daha da böyük uğurlar arzuladı. Tədbirin sonunda şagirdlərə sertifikatlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi