İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş dəyirmi masa

İyunun 3-də məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Fəxrəddin İbrahimovun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. İlk olaraq məktəbin direktoru Arizə Mahmudova çıxış edərək, İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri barədə məlumat verdi. Tədbirdə görkəmli ədibin həyat və yaradıcılığından danışılaraq, sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərinin dərin həyat fəlsəfəsindən bəhs edildi. Sonra tədbir iştirakçıları İsmayıl Şıxlının zəngin ədəbi- bədii irsi ilə bağlı fikirlər səsləndirdilər. Tədbir iştirakçılar arasında diskussiya ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi