“Əlvida ilk müəllimim”

Mayın 31-də məktəbimizin 4 b sinif şagirdlərinin iştirakı ilə “Əlvida ilk müəllimim” adlı tədbir keçirildi. 4 il bundan əvvəl Mətanət müəllimə bu şagirdləri birinci sinifə qəbul edərək onlara qələm tutmağı, hərfləri yazmağı öyrətdi. Bu gün isə artıq bu fidanlar ibtidai bilikləri mənimsəyərək orta təhsilə başlayırlar. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Arizə Mahmudova qonaqları salamlayaraq onlara Mətanət müəllimə və şagirdlərinin məktəbə verdiyi töhfələrdən, onların daim hazırladığı maraqlı tədbirlərdən danışdı. Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaların nümayişi ilə davam etdi və tədbiri izləyənlər şagirdlərin çıxışlarını böyük rəğbətlə qarşıladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi