Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması ilə əlaqədar tədbir

        “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkminləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il Fəaliyyət Planının 3.1.9-cu bəndinə əsasən ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması ilə əlaqədar olaraq, məktəbin qabaqcıl siniflərindən olan VII a sinfinə şəhid Maştağa qəsəbə sakini Vaqif Quliyevin adının verilməsi ilə bağlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Arizə Mahmudova çıxış edərək, tədbir iştirakçılarını salamladı. Tədbirdə Azərbaycan Qarabağ əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin əməkdaşı kapitan Samir Məmmədov, Maştağa qəsəbə Bələdiyyəsinin üzvü Ağanəcəf müəllim və şəhid ailənin üzvləri Quliyeva Rəhilə, Əliyeva İradə, Quliyev Vaqif iştirak edirdi. VII a sinif şagirdləri şəhidin ömür yoluna qısa nəzər salaraq, onun qəhrəmanlığı haqqında danışdılar və şəhidin həyatını əks etdirən səhnə nümayiş etdirdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi