"Valideynin məktəbdə bir günü" layihəsinin növbəti mərhələsi həyata keçirildi

May ayının 30-da məktəbimizdə "Valideynin məktəbdə bir günü" layihəsinin növbəti mərhələsi həyata keçirildi. Valideynlər məktəb kitabxanasını, sinf otaqlarını, laboratoriyaları gəzərək məktəb mühiti ilə əyani tanış oldular. Görüş "Valideynin məktəbdə bir günü" tədbrinin proqramına əsasən keçirildi. Rəsmi açılışdan sonra məktəb mühiti ilə əyani tanış olan valideynlər ibtidai və yuxarı siniflərdə dərsləri müşahidə etdilər. Məktəbin akt zalında valideynlərlə seminar keçirildi. Rəhbərlik tərəfindən məktəb-valideyn münasibətlərindən, məktəbimizin nailiyyətlərindən və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amillərdən danışıldı. Valideynlərin təklif və rəyləri dinlənildi, fikir mübadiləsi və müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi