İnsan hüquqlarına həsr olunmuş dəyirmi masa

Ənənəvi olaraq bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları aylığı” elan edilmişdir. Bu münasibət ilə may ayının 29-da keçirilən dəyirmi masada məktəbin tarix müəllimi Mehriban Poladova Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan müvafiq müddəalarla şagirdləri tanış edərək, Azərbaycan vətəndaşlarının, habelə şagirdlərin özlərinin bir sıra vəzifələri, hüquq və azadlıqları, Cinayət hüququ, Mülkiyyət hüququ, Ailə hüququ, Təhsil hüququ, Asayişin keşiyində dayanan hüquq işçilərinin vəzifələri və bu vəzifələrin dövlət əhəmiyyəti, Hüquq pozuntularının mahiyyəti, Birgə yaşayış normaları və bu normaların pozulması hallarının yolverilməzliyi barədə məlumatlar verdi, onların hüquqi məlumatlılığı artırıldı. Dəyirmi masada ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində qarşıda duran və görülən işlər barədə şagirdlər çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi