Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə və 28 May Respublika Gününə həsr olunmuş bilik yarışı

Məktəbdə keçirilən bilik yarışının final mərhələsi  Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə və 28 May Respublika Gününə həsr olundu. Məktəbin direktoru Arizə Mahmudova ilk öncə 28 may Respublika Günü münasibətilə bilik yarışı iştirakçılarını salamlayaraq bayram münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. Şagirdlərin təqdimatında əlamətdar gün haqqında məlumat verildi. Münsiflər heyəti bilik yarışı və qaydaları haqda məlumat verdikdən sonra şagirdlər arasında intellektual bilik yarışı başlandı. Fasilələrdə şagirdlər Azərbaycana həsr olunmuş şer və mahnılar səsləndirdilər. Üç mərhələdən ibarət yarışmada şagirdlərin cavabları münsiflər heyəti tərəfindən obyektiv olaraq qiymətləndirildi. I yer VII a sinfi, II yer VI b sinfi, III yerə  IX a sinfi layiq görüldü. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi