“Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti. Qədim Azərbaycan dövlətlərinin bayraqları və digər rəmzləri” mövzusunda dəyirmi masa
27 may tarixində məktəbimizdə məktəbdaxili Fəaliyyət Planının 2.1.4-cü bəndinə əsasən tarix müəllimi D.Quliyevanın təşkilatçılığı ilə “Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti. Qədim Azərbaycan dövlətlərinin bayraqları və digər rəmzləri” mövzusunda şagirdlərin iştirakı ilə dəyirmi masa keçirildi. Çıxış edən Dilşad Quliyeva müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzləri olan Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himninin yaranma tarixi, mahiyyəti və Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dövlət rəmzləri barədə söylədikləri dəyərli fikirləri səsləndirdi. Dəyirmi masanın sonunda fikir mübadiləsi aparıldı.